MKİ direktoru Kubaya niyə getmişdi?

saytların hazırlanması

Evə çatdırılma

MKİ direktoru Kubaya niyə getmişdi?

Dünya

15 May 2026 10:44 101


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Kubaya səfəri zamanı Vaşinqtonun adada islahatlar aparılacağı təqdirdə iqtisadi və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb.

"Yeni Sabah" Axios-a istinadla xəbər verir ki, o, Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastro, eləcə də daxili işlər naziri Lazaro Alberto Alvares Kasas və Kuba kəşfiyyatının rəhbəri ilə görüşüb.

MKİ direktoru Trampdan Kuba fundamental dəyişikliklər edərsə, ABŞ-nin iqtisadi və təhlükəsizlik məsələləri üzrə ciddi əməkdaşlıq etməyə hazır olduğuna dair mesaj çatdırıb. Toyuqlu pizza

Görüşdə Retkliff və Kuba nümayəndələri kəşfiyyat əməkdaşlığı, iqtisadi sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!