Azyaşlı qızı zorladı, 7 il cəza aldı  – Hökmdən narazıdır
04 Apr 2020 10:15
557

Azyaşlı qızı zorladı, 7 il cəza aldı – Hökmdən narazıdır

Azyaşlı qızı zorlayan şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 149.2.1-ci (zorlama- bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilən Fətullayev Məhiyəddin Raci oğlunun məhkəmə prosesi aprel ayının 15-də hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək. Cinayət işində zərərçəkmiş qismində Əliyeva Cəmilə Nazim qızı tanınıb. 

Məhiyəddin Fətullayev cinayəti dostu Vidadi Əsədov ilə birgə törədib. Onlar ötən ilin avqust ayında Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti etsələr də, hakim Əflatun Qasımov 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 

Qeyd edək ki, təqsirləndirilən Vidadi Əsədov dostu Məhyəddin Fətullayev ilə birlikdə Əliyeva Cəmilə Nazim qızına təcavüz ediblər. İki dost Cəmiləni aldadaraq kimsəsiz bir əraziyə gətiriblər. Orada həmin şəxslər Cəmilə Məmmədovaya zorakılıq ediblər, onunla zorla cinsi əlaqədə olublar. Daha sonra Vidadi Əsədov və Məhyəddin Fətullayev Cəmiləni seksual xarakterli əxlaqsız hərəkətlərə məcbur ediblər. Cəmilə bu tələbi yerinə yetirmədiyi halda döyülüb və zorlanıb. Cəmilə Əliyeva hüquq-mühafizə orqanlarına şikayət edəndən sonra hər iki şəxs həbs edilib. 

Azər İsrafilov

Oxşar xəbərlər