“Bakcell” və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Bakcell” və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirdi - FOTO

Sosial

31 May 2021 12:44 1024


“Bakcell” və “ASAN könüllüləri” Tovuz rayonunun bir neçə kəndində yaşayan aztəminatlı və şəhid ailələrdən olan uşaqları “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik edib. ’’ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində həyata keçirilən təşəbbüsün əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

www.asanmektub.az saytına məktub göndərən 20 nəfər uşağa “Bakcell” və “ASAN Məktub” sosial proqramı tərəfindən oyuncaqlar və məktəb ləvazimatları hədiyyə olunub.

Uzunmüddətli tərəfdaşlıq sayəsində “Bakcell” və “ASAN Məktub” bir çox bayramlarda uşaqları sevindirən çoxsaylı layihələr həyata keçirib. Pepperoni pizza

Qeyd edək ki, “Bakcell” şirkəti sosial proqrama həmçinin mobil rabitə dəstəyi göstərir.

“Bakcell” xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edir.

***

“Bakcell” haqqında:

Azərbaycanın İlk Mobil Operatoru “Bakcell” şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

“Qeyri-Bakcell” abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!