Bakı metrosu iş rejimini dəyişəcək

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosu iş rejimini dəyişəcək

Sosial

27 May 2024 15:34 406


28 May - Müstəqillik Günü ilə əlaqədar sabah "Bakı Metropoliteni" QSC-də iş rejiminə dəyişikliklər ediləcək.

Yenisabah.az xəbər verir ki, həmin gün “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkət intervalı saat 07:00-dan 21:00-dək 2 dəqiqə 30 saniyə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində və əksinə, qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

Sərnişin axınının istiqamətlərindən asılı olaraq, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq. Sezar pizza

Bayram günü “Bakmil” stansiyasına da qatarların daxil olub-çıxma vaxtları dəyişdiriləcək. Bu istiqamətdə hərəkət edən sərnişinlərdən şənbə günü cədvəlindən istifadə etmələri xahiş olunur.

Metropoliten istifadəçilərinin təhlükəsizliyi və sərnişin rahatlığı nəzərə alınmaqla, işçi heyəti üçün növbətçilik cədvəli əsasında iş rejimi müəyyənləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!