Bakı metrosunda gediş haqqı nə qədər olacaq? – RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda gediş haqqı nə qədər olacaq? – RƏSMİ

Sosial

28 May 2021 14:41 1251


Bakı metropolitenində qiymət artımı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Yenisabah.az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, qiymət artımı ilə bağlı səlahiyyət təmsil etdiyi qurumda deyil: "Biz metroda gedişhaqqının artırılması ilə bağlı qərar verə bilmərik. Metroda gedişhaqqını Tarif Şurası müəyyənləşdirir. Biz isə bu barədə hələ ki, Tarif Şurasına müraciət etməmişik. Mayın 31-dən fəaliyyətini bərpa edəcək metro stansiyalarında gedişhaqqı əvvəlki qiymətlə olacaq. Metroda gedişhaqqının 97 qəpik olması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar yalandır". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!