Bakı metrosunda yeni dövr - Bu depo ilk qatarını qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda yeni dövr - Bu depo ilk qatarını qəbul etdi

Sosial

11 Avqust 2026 21:19 94


İnşaat işlərinin ikinci mərhələsi yekunlaşan “Dərnəgül” elektrik deposu tarixində ilk qatarı qəbul edərək vacib mərhələni geridə qoyub.

Bu barədə "Yeni Sabah"a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, deponun qismən istismara verilməsi çərçivəsində sınaq qatarının hərəkəti uğurla tamamlanıb, depo yolları bütün zəruri texniki parametrlər üzrə tam yoxlanılıb. pizza mizza

Yeni depoda Bakı metropoliteninin Yaşıl xəttində hərəkət edən qatarların təmir-baxışı, texniki qulluğu, gecələməsi və digər profilaktik tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, “Dərnəgül” deposunun istismara verilməsi Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin mühüm tərkib hissəsidir. Layihə metropolitendə xidmət keyfiyyətinin yüksəldilməsinə, sərnişin sıxlığının və qatarlararası intervalların minimuma endirilməsinə xüsusi töhfə verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!