Vilyam Hacıyevin azadlıqda ilk fotosu

saytların hazırlanması

Evə çatdırılma

Vilyam Hacıyevin azadlıqda ilk fotosu

Sosial

28 Noyabr 2026 16:47 160


İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev ötən gün azadlığa buraxılıb.

“Yeni Sabah”  "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vilyam Hacıyev həbsdən çıxdıqdan sonra ilk dəfə açıqlama verib.

O, xəstəliyi ilə bağlı müraciətinə müsbət qərar verilməsinə, humanizmə görə ilk növbədə Prezident İlham Əliyevə təşəkkür edib. İnternetdən sifariş

V. Hacıyev həbsdən çıxdıqdan sonra Fəxri xiyabana gedib, ümummilli lider Heydər Əliyevinvə xanımı, görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət edib.

Səhhəti ilə bağlı vəziyyətə gəlincə eks-icra başçısı hazırda müalicəyə başladığını qeyd edib.

Xatırladaq ki, V. Hacıyev 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, cəzasının yarıdan çoxunu çəkməsi və səhhəti ilə bağlı cəzasının qalan hissəsindən şərti olaraq azad edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!