“Biletim.az” portalı ilə “Birbank” arasında əməkdaşlıq sərnişinlərə bilet alışı zamanı yeni ödəniş imkanları yaradıb.
“Yeni Sabah” xəbər verir ki, əməkdaşlıq çərçivəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşən sərnişinlər də “Bir Pay” vasitəsilə ödəniş edə, topladıqları “Bir Bonus”lardan bilet alışında yararlana biləcəklər.
Bundan başqa, alınmış bilet geri qaytarıldıqda ödənilən məbləğ dərhal sərnişinin hesabına köçürüləcək. Komissiya xərclərinin azaldılması isə bilet alışı zamanı vətəndaşların ödədiyi ümumi məbləğin aşağı düşməsinə şərait yaradacaq. Sərfəli qiymətə məhsullar
Qeyd edək ki, “Biletim.az” portalı vasitəsilə hazırda 62 məntəqəyə 98 istiqamət üzrə onlayn bilet almaq mümkündür. Sistemə 378 reys üzrə 426 nəqliyyat vasitəsi qoşulub.
Onlayn bilet satışı sisteminin mərhələli şəkildə sərnişindaşıma sahəsində fəaliyyət göstərən bütün daşıyıcıları və avtovağzalları əhatə etməsi nəzərdə tutulur.
Vətəndaşlara mənzil başına daha rahat və təhlükəsiz çatmaq üçün biletləri onlayn qaydada “Biletim.az” portalından əldə etmələri tövsiyə olunur.
Telegram kanalımız