Bakıda 19 yaşlı oğlan dəm qazından boğularaq öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 19 yaşlı oğlan dəm qazından boğularaq öldü

Hadisə

28 Yanvar 2020 06:30 1134


Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu,  Böyük Şor Daş Karxanası 42/1 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayə qalan, Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü Faiq Quliyev mənzilin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!