Aktyor Elşən Orucov ötən il vəfat edən sənət dostu Azər Baxşəliyevlə bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, sosial media hesabında birlikdə çəkilmiş fotolarını paylaşaraq yazıb:
“Aramızda məsafələr olsa da, xatirələrimiz sonsuzdur”.
Görüntülərdə aktyorun dostları İlkin Həsəni, Ramil Babayev və Nicat Rəhimov da yer alıb.
Qeyd edək ki, Azər Baxşəliyev ötən ilin yanvarında vəfat edib. Aktyor uzun böyrək çatışmazlığından əziyyət çəkirdi.
Aydan Hacı
Telegram kanalımız