Paytaxtda 46 yaşlı kişini bıçaqladılar
30 İyn 2020 00:47
321

Paytaxtda 46 yaşlı kişini bıçaqladılar

Bakının Qaradağ rayonunda bir nəfər bıçaqlanıb.

Yenisabah.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

1974-cü il təvəllüdlü İsmayılov Fazil Teymur oğlu tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı bədəninin çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.  /APA

Oxşar xəbərlər