Bakıda 5 milyon manata ev satılır   - Gözqamaşdıran fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 5 milyon manata ev satılır - Gözqamaşdıran fotolar

Sosial

29 Aprel 2024 15:14 7099


Bakı şəhərində ev fantastik qiymətə - 5 milyon manata satışa çıxarılıb. 

Yenisabah.az xəbər verir ki, mülk paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşir. Lüks villanın sahəsi nə az, nə çox, 600 kvadratmetrdir və 9 otaqdan ibarətdir. 

Villanın 8,5 sot torpaq ərazisi var.  3 mərtəbəli ev 6 yataq otağı, 2 zal, 2 mətbəx, 4 sanuzeldən ibarətdir. Evin həmçinin qapalı hovuzu, saunası da var.  pizza

Həmçinin lüks malikanənin həyətində kabab bişirmək üçün xüsusi kabab evi terrası da mövcuddur. 

Satıcı qeyd edir ki, 3 mərtəbəli evin sadəcə 15 günlük dekor işi qalıb. Bu da alıcının istəyinə görə ediləcək. Oboy seçimi də evi alanın zövqünə buraxılır.

Əsmətxanım 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!