Yeni tədris ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri həyata keçirilir.
"Yeni Sabah" xəbər verir ki, hazırda 57, 68 və 141 nömrəli məktəblərin sökülərək yenidən tikintisi, İncəsənət Gimnaziyasının və 352 nömrəli uşaq bağçası, Nəriman Qəhrəmanov adına körpələr evi-uşaq bağçası və Etibar Ömərov adına uşaq bağçasının əsaslı təmiri davam edir.
Bununla yanaşı, ehtiyac olan 210 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılır. pizza hut
Qeyd edək ki, 2025-2026-cı tədris ili ərzində BŞTİ-nin tabeliyindəki 59, 151, 324 və 313 nömrəli məktəblərdə, eləcə də 101 və 351 nömrəli uşaq bağçalarında yenidənqurma və təmir-bərpa işləri başa çatdırılaraq istifadəyə verilib.
Bundan əlavə, 99, 116, 257, 328 nömrəli və A. Məmmədov adına uşaq bağçaları əsaslı təmirdən sonra fəaliyyətə başlayıb.
Aytac Əliyeva
Telegram kanalımız