Əsgər ölümünə görə həkim həbs olundu - 9 min manat təzminat ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

Əsgər ölümünə görə həkim həbs olundu - 9 min manat təzminat ödəyəcək

Kriminal

18 Noyabr 2026 12:14 70


Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Sərfəli qiymətə məhsullar

Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da təmin edib. Belə ki, təqsirləndirilən şəxs qarşı tərəfə maddi ziyana görə 6 000 manat, mənəvi ziyana görə isə 3 000 manat ödəməlidir.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.

İttihama görə, əsgər Əli İbrahimli özünü narahat hiss etdiyindən hərbi hissənin tibb məntəqəsinə müraciət edib. Növbətçi həkim tərəfindən müayinə olunduqdan sonra onda taxikardiya olduğu müəyyən edilib və başqa hərbi hissəyə təxliyə olunub.

Əsgər həmin hərbi hissənin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-ya ürəyinin təxminən iki aydır ağrıdığını və tibb məntəqəsində müayinə zamanı onda taxikardiya aşkarlandığını bildirib.

Lakin təqsirləndirilən şəxs bu barədə aidiyyəti üzrə məlumat verməyib, klinik protokolun tələblərini pozub. Həmçinin zəruri müayinələr aparılmayıb. Həkim əsgərin yalnız təzyiqini ölçməklə kifayətlənib.

Təqsirləndirilən şəxs əsgərin təcili tibbi yardıma ehtiyacı olmasına baxmayaraq, onun xidmət etdiyi N saylı hərbi hissəyə qaytarılması barədə göstəriş verib. Hərbi hissəyə qayıtdıqdan qısa müddət sonra əsgərin səhhəti yenidən pisləşib. O, hospitala aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluq vəzifəsinə səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!