Bakıda ağacı kəsib üstünü asfaltladılar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ağacı kəsib üstünü asfaltladılar

Sosial

12 Noyabr 2019 15:17 1025


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu, K.Səfərəliyev küçəsi, 23 ünvanında ağac kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

"Yeni Sabah" xəbər verir ki, bunu jurnalistlərə Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Onun sözlərinə görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda bir ağacın kəsilərək üstünün asfaltla örtüldüyü aşkar edilib:

"Araşdırma zamanı ağacın yol təmir-tikinti idarəsi tərəfindən asfaltlama işləri aparılan zaman kəsildiyi məlum olub. Faktla bağlı protokol tərtib edilib. İdarənin hüquqi şəxs qismində cərimə edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndəriləcək". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!