Bakıda aprelin 2-dən məktəblər bağlanacaq?   - Rəsmi açıqlama + Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda aprelin 2-dən məktəblər bağlanacaq? - Rəsmi açıqlama + Foto

Sosial

30 Mart 2021 23:10 1453


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində əyani tədrisin dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov yayılan xəbərlərin yalan olduğunu bildirib.

“Yanlış məlumat yayanların yeni cəhdləri də əvvəlkilərdən fərqlənmir. Əsassız olaraq rəsmi atributlar fonunda saxta informasiya yayanlar çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar”, - idarə rəsmisi bildirib. Toyuqlu pizza

Qeyd edək ki, BŞTİ-nin adından yayılan məlumatlarda aprelin 2-dən 14-dək koronavirusa yoluxma hallarının artması səbəbindən məktəblərdə əyani tədrisin dayandırılacağı və dərslərin distant formada davam etdiriləcəyi iddia edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!