Avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunu keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, oyunla əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.
Bildirilib ki, xüsusi avtobus zonası oyuna gələn azarkeşlərin istifadəsinə veriləcək və onların ərazidə maneəsiz hərəkəti təmin olunacaq. Toyuqlu pizza
Məhdudiyyətlə əlaqədar müntəzəm marşrut avtobuslarının, eləcə də M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri müvəqqəti olaraq “Gənclik Mall”un qarşısındakı dayanacaqdan təşkil edilib.
Aytac Əliyeva
Telegram kanalımız