Bakıda binaya girən qardaşların etdikləri hər kəsi təəccübləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda binaya girən qardaşların etdikləri hər kəsi təəccübləndirdi

Kriminal

03 İyun 2026 16:07 395


Paytaxtın Yasamal rayonunda velosiped oğurluqlarında şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, polisə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı N.Mehdizadə və onun qardaşı D.Mehdizadə saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, onlar rayon ərazisində yerləşən yaşayış binalarında mənzillərin qarşısından ümumi dəyəri 3500 manat olan 7 ədəd velosiped oğurlayıblar. pizza mizza

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!