Azərbaycanlı qardaşları toyda   ÖLDÜRDÜLƏR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı qardaşları toyda ÖLDÜRDÜLƏR

Kriminal

06 Noyabr 2026 00:18 107


Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndində silahlı insident baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə nəticəsində iki qardaş qətlə yetirilib.

Yayılan məlumatlara əsasən, kənd sakini odlu silahdan üç qardaşa atəş açıb, onlardan ikisi hadisə yerində həyatını itirib, biri isə sağ qalıb. pizza sifarişi

Yerli sakinlərin sözlərinə görə, qardaşlar illərlə Rusiyada yaşayıblar və kəndə bu yaxınlarda qayıdıblar.

İnsidentin qardaşlar qohumlarının toyuna gedərkən baş verdiyi bildirilir.

Qətlin dəqiq səbəbi hələ məlum olmasa da, ehtimal olunan motivlər arasında qisas və uzun illərdir davam edən münaqişə nəzərdən keçirilir.

Qeyri-rəsmi məlumatlara görə, polis hadisədən qısa müddət sonra şübhəli şəxsi saxlayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələ açıqlama yaymayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!