Rusiya Prezidenti Vladimir Putin ABŞ-İran münaqişəsinin yekunlaşması üçün hər cür kömək etməyə hazırdır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiyada səfərdə olan və Putinlə görüşən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai aparılan müzakirələrin yekunlarına dair jurnalistlərə bildirib.
"Cənab Putin dedi ki, müharibəni bitirmək üçün hər cür kömək edəcək", - o bildirib və əlavə edib ki, Rusiya lideri İranın nüvə obyektlərinin bombardman edilməsini qınayıb. Dördpendirli pizza
Söhbət zamanı İrana qarşı müharibə qəddar akt adlandırılıb.
Bundan başqa, təbii qaz tədarükü ilə bağlı məsələlər müzakirə edilib: "Putinlə görüşdə Rusiyadan İrana qaz borularının inşası barədə müzakirə aparılıb. Məqsəd həm İranın qaz çatışmazlıqlarını aradan qaldırması, həm də Rusiya qazının ətraf ölkələrə satışıdır"./Report
Telegram kanalımız