Qardaş ölkədə dəhşətli qəza:   azı 11 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Qardaş ölkədə dəhşətli qəza: azı 11 nəfər öldü

Dünya

05 Noyabr 2026 23:44 111


Pakistanın şərqində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 11 nəfər ölüb, 33 nəfər yaralanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə polis və xilasetmə xidmətlərinin məlumatlarına istinadən "Dawn" məlumat yayıb.

Bildirilib ki, hadisə Pəncab vilayətinin Pakpattan rayonunda, Depalpur-roud trasında qeydə alınıb. Təxminən üç saat davam edən xilasetmə əməliyyatına canlı qüvvə ilə yanaşı, kranlar və digər ağır texnika cəlb edilib. pizza mizza

Nəşrin məlumatına görə, səkkiz nəfər yüngül xəsarət alıb, 25 nəfər Pakpattandakı rayon xəstəxanasına çatdırılıb.

Pakistan Prezidenti Asif Əli Zərdari həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını diləyib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!