Dövlət Vergi Xidməti 2026-cı ilin yanvar-oktyabr aylarının yekunlarına dair büdcə göstəricilərini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə qurum tərəfindən dövlət büdcəsinə 16 milyard 65.2 milyon manat vergi toplanıb. Bu göstərici nəzərdə tutulan proqnozu 1 milyard 274.2 milyon manat üstələyib. 2025-ci ilin analoji dövrü ilə müqayisədə simplifies daxilolmalarda 11.7 faizlik və ya 1 milyard 686.8 milyon manatlıq artım qeydə alınıb.
Büdcəyə yönələn vəsaitlərin əsas payı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu sahədən toplanan vergilər 11 milyard 776.4 milyon manat təşkil edərək proqnozu 297.4 milyon manat aşıb. Ötən ilin müvafiq göstəricisi ilə müqayisədə qeyri-neft-qaz sektorundan daxilolmalar 13.1 faiz (1 milyard 364.6 milyon manat) çoxalaraq yüksək dinamika nümayiş etdirib. Pepperoni pizza
Eyni zamanda, sosial sığorta və digər icbari ödənişlər üzrə də müsbət tendensiya saxlanılıb. Yanvar-oktyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə yığılan vəsait 5 milyard 672.8 milyon manata çatıb ki, bu da planlaşdırılandan 297.1 milyon manat çoxdur. Bu daxilolmaların 3 milyard 838.5 milyon manatdan çoxu qeyri-büdcə təşkilatlarının payına düşüb.
İşsizlikdən sığorta haqları üzrə büdcəyə 201.5 milyon manata yaxın vəsait daxil olub (proqnozdan əlavə 8.3 milyon manat). Bu məbləğin 156.5 milyon manatını qeyri-büdcə sektoru təmin edib. İcbari tibbi sığorta ödənişləri isə proqnozu 20.4 milyon manat keçərək 849.3 milyon manatı aşıb. Qeyri-büdcə təşkilatları üzrə bu göstərici 570.9 milyon manata yaxın olub.
Cəlalə Cəlalqızı
Telegram kanalımız