Bakıda bu avtobuslarla bağlı   ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu avtobuslarla bağlı ŞAD XƏBƏR

Siyasət

12 May 2026 20:13 1481


Bakının Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 45 nömrəli şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar yenilənir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayib.

Bildirilir ki, mayın 13-dən sərnişinlərin xidmətinə veriləcək 7 ədəd İsuzu HC45 markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Sezar pizza

Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Qeyd edək ki, sərnişin tələbatı nəzərə alınaraq marşrutun hərəkət istiqamətində dəyişdirilərək son dayanacaq məntəqəsi metronun "Nəsimi" stansiyası təyin olunub.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sevinc
    Niye yuxarıdan hemiseki yerindən islemir ki?hemiseki dayanacaq yerindən. Yuxarıda nə qədər adam yaşayır o binalarda!!camaat o dikə piyada qalxib düşəcəksə kime lazimdi 45?iş görüblər guya! Qaytarılsın köhnə dayanacağına! Camaatin yaşlısı. Xəstəsi var. Ureyi xeste adam nece o diki qalxib düşəcək?nəzərə alınmayıb bunlar!
    2 months ago