Bakıda dəhşətli anlar: Maşın yandı,   3 nəfər...

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli anlar: Maşın yandı, 3 nəfər...

Hadisə

17 Sentyabr 2026 15:08 88


Paytaxtın Yasamal rayonunda piyada keçidində dayanan avtomobilə arxadan başqa nəqliyyat vasitəsi çırpılıb, nəticədə avtomobildə yanğın baş verib.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, hadisə ötən gün gecə saatlarında Əbdülvahab Salamzadə küçəsində yerləşən nizamlanmayan piyada keçidində baş verib. Piyadaya yol vermək üçün dayanan avtomobilə arxadan digər nəqliyyat vasitəsinin çırpılması nəticəsində avtomobildə yanğın başlayıb. pizza sifarişi

Polis əməkdaşları yanğınsöndürənlərin hadisə yerinə təhlükəsiz çatması üçün dərhal zəruri tədbirlər görüblər.

Hadisə zamanı piyada ilə yanaşı, yanan avtomobildə olan sürücü və iki sərnişin son anda nəqliyyat vasitəsini tərk edərək xilas olublar.

NİİM sürücülərə xəbərdarlıq edib ki, piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, təhlükəsiz ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər. Mərkəz vurğulayıb ki, hadisənin görüntüləri hərəkət zamanı diqqətsizliyin və yol hərəkəti qaydalarının pozulmasının ağır nəticələrə səbəb ola biləcəyini bir daha göstərir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!