Bakıda ev almaq istəyənlər üçün pis xəbər – 20 faizə qədər bahalaşma

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ev almaq istəyənlər üçün pis xəbər – 20 faizə qədər bahalaşma

Sosial

10 Yanvar 2022 10:14 3689


2022-ci ilin gəlişi bizə sözün əsl mənasında baha başa gəldi. Unun qiyməti, bilavasitə çörəyin qiymətinin qalxmasi hər kəsi təşvişə saldi. Bu il deyəsən qiymət arta-arta gedəcək. İndi də evlərin qiyməti. Görəsən necə? Artım olacaq ya azalma?

Bu il mənzil bazarında da bahalaşma gözlənilir. Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bu fikirdədir. Ekspertin sözlərinə görə, ötən dövrlərlə müqayisədə 2022-ci il evlərin qiymətinin təxminən 15-20 faiz artacağı proqnozlaşdırılır. Bahalaşmaya həm də tikinti materiallarının qiymətinin qalxması təsir edir.

Ramil Qasımzadə bildirir ki, alqı-satqıda proqnozlaşdırılan qiymət artımı kirayə mənzil bazarına da təsirsiz ötüşməyəcək. pizza mizza

Ekspertin fikrincə, bahalaşma torpaq bazarında da gözlənilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!