Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bakıda evlərin qiyməti bahalaşıb   - Səbəblər
18 İyn 2021 13:40
576

Bakıda evlərin qiyməti bahalaşıb  - Səbəblər

COVİD-19 virusu dünyanın əsas problemi olaraq qalır. Amma ötən illə müqayisədə yolxuma hallarının azalması və vaksinasiya iqtisadi sahəyə canlılıq gətirib.

Maraqlıdır, son həftələrdə yoluxmanın azalması və iqtisadiyyatın bərpasının sülrtlənməasi fonunda daşınmaz əmlak bazarında vəziyyət necədir? Mənzil bazarında artma yoxsa azalma müşahidə olunur?

Yenisabah.az xəbər verir ki, daşınmaz əmlak məsələləri üzrə ekspert, “MBA Group”şirkətinin rəhbəri Nüsrət İbrahimov Modern.az-a yoluxma sayının aşağı düşməsi ilə mənzil bazarında artım müşahidə olunduğunu bildirib:

“Pandemiya aşağı düşür, daşınmaz əmlak yuxarı qalxır. Bu ay 3,37%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,03% artım olub. Təkcə mənzil bazarında 1,66% azalma, amma ilkin mənzil bazarında 0,73% artım olub. Fərdi yaşayış və bağ evlərində ay ərzində 4,63% azalma, amma ötən illə müqayisədə 7,8% artım müşahidə olunur.

Kommersiya obyektləri bazarında ay ərzində 2,83%, il ərzində isə 12,1% artım olub. Torpaq bazarında ay ərzində 4,55% artım, il ərzində 8,45% azalma var. Mənzillərin kirayəsində ay ərzində 3,58% artım, ötən illə müqayisədə 3,12% azalma qeydə alınıb. Fərdi yaşayış və bağ evlərinin kirayəsində ay ərzində 1 kv.m-də 10,06%, il ərzində 7,32% artım olub. Obyektlərin icarəsində ay ərzində 10,17%, il ərzində 6,2% artım var. Tikinti materialları bazarında ay ərzində 6,99%, il ərzində 16,95% artım var.

Ümumi götürsək, daşınmaz əmlak bazarında ötən ilə müqayisədə artım müşahidə olunur”. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər