Bakıda havada dəm qazı normadan yüksəkdir

saytların hazırlanması

Evə çatdırılma

Bakıda havada dəm qazı normadan yüksəkdir

Sosial

10 Oktyabr 2023 17:31 400


Gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyəti göstəricilərindən dəm qazı 1,3, Sumqayıt şəhərində isə azot-4 oksid 1,1 dəfə normadan yüksək müəyyən edilib. 

Yenisabah.az xəbər verir ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. 

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyəti göstəricilərindən dəm qazı 1.3, Sumqayıt şəhərində isə azot-4 oksid 1.1 dəfə normadan yüksək müəyyən edilib.  pizza mizza

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!