Bakıda hərbi qulluqçuya rişxənd edən şəxs həbs olundu  - RƏSMİ
07 İyl 2020 19:20
518

Bakıda hərbi qulluqçuya rişxənd edən şəxs həbs olundu - RƏSMİ

Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs həbs edilib. 

Yenisabah.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Oxu.Az-a verilən məlumatda belə deyilir. 

Bildirilir ki, həmin şəxs -  1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər