Bakıda musiqi məktəbindən oğurluq edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda musiqi məktəbindən oğurluq edildi

Kriminal

02 Aprel 2021 15:53 624


Bakı şəhərində yerləşən musiqi məktəblərindən birindən oğurluq edilib.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Naməlum şəxslər təhsil müəssisəsinə daxil olaraq məktəbin zalında oturacağın üzərində nəzarətsiz qalan və içərisində 100 manat, eləcə də, kartlar olan çantanı oğurlayıblar. Dördpendirli pizza

Daha sonra həmin şəxslər kartlardan ümumilikdə 3 000 manat yaxın pul çıxararaq təkrar oğurluq ediblər.

Zərərçəkən şəxs hadisə barədə polisə məlumat verən kimi cinayəti törədənlərin axtarışlarına başlanılıb.

Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş İmran Kərimov və Fuad Sadıxov tutularaq istintaqa təqdim olunublar.

Araşdırma zamanı onların eyni üsulla, yəni müxtəlif təyinatlı obyektlərə daxil olaraq sahibləri tərəfindən nəzarətsiz qalan daha 6 nəfərin çantasını oğurladıqları məlum olub.

"İ.Kərimov və F.Sadıxovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər. Faktla saxlanılan şəxslər barəsində Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir", - Mətbuat xidmətindən bildirilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!