Bakıda nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda nə baş verir?

Sosial

20 İyun 2021 11:44 21389


Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır. pizza mizza

Hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!