Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bakıda oxuyan əcnəbi tələbələrlə görüş keçirilib
02 Dek 2021 18:03
508

Bakıda oxuyan əcnəbi tələbələrlə görüş keçirilib

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Təhsil məsələləri üzrə işçi qrupunun təşəbbüsü ilə Bakı Mühəndislik Universitetində təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, universitetin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Müşfiq Mehbalıyevqeyd edib ki, görüşün məqsədi miqrasiya qanunvericiliyi barədə ətraflı məlumat vermək, əcnəbi tələbələri və müəllimləri maraqlandıran sualları cavablandırmaq və onların qarşılaşdıqları problemləri həll etməkdir.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü, Təhsil məsələləri üzrə işçi qrupunun rəhbəri Vidadi Fətullayev bildirib ki, vaxtaşırı işçi qrupuna ölkə ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr miqrasiya qanunvericiliyinə dair qüvvədə olan qaydalarla bağlı suallarla müraciət edirlər. Bu səbəbdən əcnəbi tələbələrlə belə bir görüşün keçirilməsinə zərurət yaranıb. 

Dövlət Miqrasiya Xidmətinin Müvəqqəti olma və müvəqqəti yaşamaq icazələrinin verilməsi şöbəsinin rəisi Şəhriyar Mustafayev çıxışında miqrasiya qanunvericiliyi haqqında ətraflı məlumat verib. O, əcnəbi tələbələrin Azərbaycan Respublikasına gəlməsi, ölkədə müvəqqəti olması və ölkədən getməsi, həmçinin yaşadığı yer üzrə qeydiyyat məsələlərindən danışıb, bu prosedurların vaxtında həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Tədbirdə təhsillə əlaqədar ölkəyə gələn müəllimlərin iş icazəsi ala bilmək imkanları müzakirə olunub, əcnəbi tələbələri narahat edən məsələlər istiqamətində geniş fikir mübadiləsi aparılıb və bir sıra maraqlı təkliflər səsləndirilib.

İnteraktiv rejimdə keçən görüşdə əcnəbi tələbələri maraqlandıran bütün suallar ətraflı şəkildə cavablandırılıb.


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər