Bakıda qablaşdırılan sular krantdan doldurulur   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qablaşdırılan sular krantdan doldurulur - VİDEO

Sosial

19 Aprel 2023 12:26 2487


Su sifariş edərkən marka araşdırması aparmaq və etibarlı şirkətləri seçmək lazımdır. 

Yenisabah.az "Bizim.media"ya istinadən xəbər verir ki, qablaşdırılmanın üzərində markanın loqosu, suyun haradan gətirildiyi, istehsal və son istifadə tarixinə diqqət yetirmək son dərəcə vacibdir. Bu gün dağ və bulaq suyu adı altında kifayət qədər istehlakçı aldadılır. 

Azərbaycanda son vaxtlar sayı artan su şirkətləri bazarda əməlli-başlı “at oynadır”. Su “dəllal”ları əhaliyə verilən şəbəkə suyunu “dağ və bulaq suyu” adı altında qablaşdıraraq istehlakçılara baha qiymətə satırlar. pizza mizza

İddialarına görə, keyfiyyətsiz suyu filtrdən keçirib, hətta minerallaşdırırlar. Halbuki ortada nə dağ, nə bulaq, nə də minerallaşdırılmış su var.

Söhbət evlərə və ofislərə daşınan sulardan gedir. Hər damlasında “həyat” olan suyun bir sıra şirkətlər tərəfindən hansı şəraitdə qablaşdırılmasına bir də siz şahid olun.

Daha ətraflı videoreportajda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!