Bakıda sərxoş sərnişin avtobusun şüşəsini qırdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sərxoş sərnişin avtobusun şüşəsini qırdı

Hadisə

02 Noyabr 2025 22:36 200


Bakıda sərnişin avtobusunda insident baş verib.

"Yeni Sabah" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində hərəkətdə olan 11 nömrəli marşrut avtobusunda qeydə alınıb.

Məlumata görə, içkili vəziyyətdə olan sərnişin avtobusda qeyri-etik davranış sərgiləyib və digər sərnişinlərin narazılığına səbəb olub. Onun avtobusdan endirilməsindən sonra mübahisə davam edib. Sezar pizza

Şahidlərin sözlərinə görə, sərxoş şəxs avtobusun qapısını yumruqlayıb və nəticədə nəqliyyat vasitəsinin pəncərəsi qırılıb.

İnsidentdən sonra avtobus xətdən çıxarılıb, sərnişinlər digər nəqliyyat vasitəsinə yönləndiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və sərxoş şəxs polis şöbəsinə aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!