Bakıda “Tikinti kralı“nın oğlu karantini pozdu:  Maşını ilə yol qurğularını qırdı
08 Apr 2020 19:14
2233

Bakıda “Tikinti kralı“nın oğlu karantini pozdu: Maşını ilə yol qurğularını qırdı

Bakı-Ələt yolundakı karantin postunda insident bas verib.

Yenisabah.az xəbər verir ki, Rəmzi Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçıb.

Polis əməkdaşlarının gördüyü tədbirlər R.Şükürov saxlanılıb. Onun müvafiq qaydada cəzalandırılacağı gözlənilir.

Qeyd edək ki, Rəmzi Şükürov iş adamıdır. Onun şirkəti çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur. Atası Əvəz Şükürov da "tikinti kralı" kimi tanınır. Onlar barəsində mətbuatda dəfələrlə qalmaqallı məqalələr dərc olunub.  /Report

Oxşar xəbərlər