Bakıdakı müəllimlərin 90 faizi peyvənd olunub

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı müəllimlərin 90 faizi peyvənd olunub

Sosial

23 Dekabr 2021 10:51 570


Paytaxtda təhsil işçilərinin 33 968  nəfəri vaksinasiya prosesinə qoşulub. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir. 

Bakı Şəhəri Təhsil İdarəsindən Yenisabah.az-a verilən məlumata görə, onlardan 8 820 nəfəri artıq 3-cü doza peyvənd olunub.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir. pizza

Bu məqsədlə hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir.

 

Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə ilk qoşulanlardandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!