"Naxçıvandan olan sərnişinlərimizin çoxsaylı müraciətinə əsasən avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir".
Yenisabah.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.
"Tezliklə muxtar respublikaya səfərlər bərpa ediləcək", - deyə o qeyd edib. pizza
***
Naxçıvan Muxtar Respublikasına yerüstü sərnişindaşıma hələlik bərpa olunmayacaq.
Yenisabah.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
N.Allahyarova qeyd edib ki, buna səbəb Naxçıvana səfərin İran üzərindən gerçəkləşməsidir.
“Sərhədlər açılmadığı üçün Naxçıvana hələlik sərnişindaşıma həyata keçirilməyəcək. Gürcüstan digər ölkələrlə sərhədləri açsa da, Azərbaycanda belə bir qərar qəbul edilməyib. Gürcüstan və digər ərazilərə sərnişindaşıma ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır”.
Telegram kanalımız