Bakının 2 rayonunda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının 2 rayonunda qaz olmayacaq

Sosial

04 İyun 2024 10:13 295


Bu gün Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Sabunçu rayonunun Nardaran qəsəbəsində və Xəzər rayonunun Binə qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə iyunun 4-də saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq. Dominos pizza

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə "See Breeze" istirahət mərkəzinin, Nardaran bağlar massivinin, Maştağa Yeni Sahə adlanan ərazinin və Abşeron küçəsinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!