Bakının 3 rayonunda qaz kəsiləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakının 3 rayonunda qaz kəsiləcək

Sosial

14 İyun 2024 10:00 281


Bu gün saat 10:00-dən etibarən Xaçmaz rayonu Xudat şəhərinin və paytaxtın Nizami, Səbail və Xətai rayonlarının qaz təchizatı müvəqqəti dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Xudat” qaz paylayıcı stansiyanın (QPS) “Qaz İxrac” İdarəsinə məxsus texnoloji hissəsində görüləcək təmir işləri ilə əlaqədar iyunun 14-də saat 10:00-dan 17:00-dək “Xudat” QPS-dən qidalanan “Xudat” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. pizza sifarişi

Təmir işləri görülən müddətdə Xaçmaz rayonunun (Xudat şəhəri, rayonun 30 kəndi) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Bu gün paytaxtın Nizami, Səbail və Xətai rayonları ərazisində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nizami rayonu üzrə Qara Qarayev, Naxçıvanski, Bəhruz Nuriyev, Babək və İlham Məmmədov küçələrinin Səbail rayonu üzrə Bayıl qəsəbəsinin Buxta küçəsinin, Xətai rayonu üzrə isə Oksigen, Q.Məmmədov, Zığ yolu, Sadıqcan, Cavanşir, R.Quluyev, Kombinant küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!