Bakının bu küçəsində piyadalar üçün təhlükə - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu küçəsində piyadalar üçün təhlükə - FOTOLAR

Avto

16 Sentyabr 2026 10:02 81


Xətai rayonunda yol kənarında park edilən avtomobillər piyadaların hərəkətinə ciddi maneə yaradır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu sosial media hesabında paylaşım edib. O, Vunqtau küçəsində, parkla üz-üzə yerləşən ərazidə təmir sexləri və müxtəlif obyektlərin qarşısında avtomobillərin piyada səkilərində saxlanılmasından narazılığını bildirib:

“Avtomobillər piyada səkilərinin üzərində saxlanıldığı üçün insanlar səkidən istifadə edə bilmir və məcbur qalaraq avtomobil yoluna çıxmalı olurlar. Bu isə xüsusilə uşaqlar, yaşlılar və hərəkət imkanları məhdud insanlar üçün ciddi təhlükə yaradır. Dördpendirli pizza

Aidiyyəti qurumlardan xahiş edirik ki, ərazidə nəzarət gücləndirilsin, piyada səkilərinin avtomobillər tərəfindən zəbt olunmasının qarşısı alınsın və piyadaların təhlükəsiz hərəkəti təmin edilsin.

Piyada səkisi avtomobillər üçün dayanacaq deyil. İnsanların təhlükəsizliyi üçün bu problemə diqqət yetirilməsini xahiş edirik”.

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!