44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Bu kateqoriyadan olan şəxslərə həmin dövrdə 7354 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 586 avtomobil təqdim edilib. Ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər 7700-dən çox avtomobil verilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.
Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə veteranları olan 106 min şəxsə aylıq sosial ödəniş təyinatı üzrə 120 min xidmət göstərilib, 26 min şəxsə birdəfəlik ödəmə təyin olunub. pizza mizza
Ötən 6 il ərzində şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 31 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 13,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Əlilliyi olan 2527 şəxsə 110 min reabilitasiya vasitəsi verilib. O cümlədən, müharibədə əzalarını itirmiş 500 hərbçi 626 yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilib.
Bu dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 118 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.
Artıq 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 40 nəfər şəhid ailə üzvü və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs və onların övladları təlimlərə cəlb edilib. Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində isə müharibə ilə əlaqədar əlilliyi olan 118 şəxsə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.
Ümumən postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 132 min şəxsi əhatə etməklə, həmin kateqoriyadan olan şəxslərə dəstək yönümlü 449 min xidmət göstərilib.
Telegram kanalımız