Müharibə iştirakçılarına göstərilən tibbi xidmətlər bəyan edildi

saytların hazırlanması

Evə çatdırılma

Müharibə iştirakçılarına göstərilən tibbi xidmətlər bəyan edildi

Sosial

08 Noyabr 2026 09:57 44


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son 6 ildə müharibə iştirakçılarına və şəhid ailəsi üzvlərinə göstərilən tibbi xidmətlərə dair hesabat yayıb.

"Yeni Sabah" xəbər verir ki, Vətən müharibəsi iştirakçılarına ümumi 439 min 953 müraciət əsasında 879 min 232 ambulator və 284 min 298 stasionar tibbi xidmət, şəhid ailəsi üzvlərinə isə 221 min 348 müraciət əsasında 601 min 632 ambulator və 108 min 575 stasionar tibbi xidmət göstərilib. Eyni zamanda müvafiq olaraq 55 min 180 və 1619 psixoloji xidmət təqdim olunub.

Bu müddət ərzində müxtəlif qurumlardan daxil olan 15 mindən çox müharibə iştirakçısına və 2000-ə yaxın şəhid ailəsi üzvünə aid müraciət araşdırılaraq cavablandırılıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!