Pakistan Baş naziri: “8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur”

saytların hazırlanması

Evə çatdırılma

Pakistan Baş naziri: “8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur”

Siyasət

08 Noyabr 2026 11:05 51


8 Noyabr demək olar ki, üç onillikdən sonra ölkənin ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Azərbaycan xalqının cəsarətinin, qətiyyətinin və fədakarlığının tarixi sübutu olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Zəfər Gününün altıncı ildönümündə əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də cəsur və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Pakistan o dövrdə Azərbaycanın yanında olmaqdan qürur duyurdu və onu hər zaman dəstəkləyəcək. Ötən il Bakıda keçirilən və Prezident İlham Əliyevlə birlikdə iştirak etmək şərəfinə nail olduğum Zəfər Günü paradı xalqlarımız arasındakı sarsılmaz dostluq tellərini əyani şəkildə nümayiş etdirib", - o qeyd edib Toyuqlu pizza

Baş nazir Azərbaycana gələcək inkişaf və yeni uğurlar, Cənubi Qafqaza isə möhkəm sülh və ümumi rifaha doğru irəliləməyi arzulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!