“İşğal dövründə Ermənistan ancaq təbii sərvətlərimizi talayırdı”

saytların hazırlanması

Evə çatdırılma

“İşğal dövründə Ermənistan ancaq təbii sərvətlərimizi talayırdı”

Siyasət

08 Noyabr 2026 12:15 58


İşğal dövründə Ermənistan Azərbaycanın təbii sərvətlərini talayırdı.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciətində deyilir.

"Bu gün biz azad Qarabağda qurub-yaradırıq. Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bura bizim torpağımızdır. Çünki biz qurub-yaradan xalqıq. İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı, meşələrimizi qırırdı, mədənlərimizi qanunsuz olaraq istismar edirdi. Biz isə şəhərləri sıfırdan qururuq", - Prezident bildirib. Marqarita pizza

Dövlət başçısı xatırladıb ki, işğal dövründə bizim bütün şəhər və kəndlər yerlə-yeksan edilib:

"Bu, misli görülməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri gedir, "Böyük Qayıdış" Proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtmasının şahidləriyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!