Cabbarov: Azərbaycanın qüdrəti daha da artıb

saytların hazırlanması

Evə çatdırılma

Cabbarov: Azərbaycanın qüdrəti daha da artıb

Siyasət

08 Noyabr 2026 09:26 71


Ərazi bütövlüyü və suverenliyin tam bərpası Azərbaycanın qüdrətini daha da artırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.

O qeyd edib: "Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı tarixi Zəfərin 6-cı ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edirik". pizza hut

Nazirin sözlərinə görə, ərazi bütövlüyü və suverenliyin tam bərpası Azərbaycanın qüdrətini daha da artırıb: "İşğaldan azad edilmiş ərazilərimizin dirçəlişi, iqtisadi potensialımızın gücləndirilməsi və dayanıqlı inkişafı üçün yeni imkanlar yaradıb.

Zəfər Günü münasibətilə təbriklərimizi çatdırır, Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayırıq.

Yaşasın müstəqil, suveren və qüdrətli Azərbaycan!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!