Balakəndə 1200 kq narkotik vasitə məhv edildi
06 İyn 2020 10:32
327

Balakəndə 1200 kq narkotik vasitə məhv edildi

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, ümumi çəkisi bir ton 200 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Balakəndə 1200 kq narkotik vasitə məhv edildi

Oxşar xəbərlər