"Barselona" cari mövsüm İspaniya La Liqasında keçirdiyi 27 matçın 20-də qol buraxmayıb.
Yenisabah.az xəbər verir ki, Kataloniya təmsilçisi bu göstəriciyə görə yeni rekoda imza atıb.
Klub son dəfə "Elçe"ni 4 cavabsız qolla məğlub edib.
27 qarşılaşmada 71 xal toplayan "Barselona" çempionat tarixinin ikinci ən yaxşı nəticəsini də müəyyənləşdirib.
avi Ernandesin baş məşqçisi olduğu kollektiv hazırda turnir cədvəlində liderdir. Rəqibindən bir oyun az keçirən "Real Madrid" 56 xalla ikinci pillədə qərarlaşıb.
Telegram kanalımız