Baş nazir Əli Əsədov Türkiyəyə səfərə dəvət edildi
21 Yan 2021 18:37
216

Baş nazir Əli Əsədov Türkiyəyə səfərə dəvət edildi

Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub. 

Yenisabah.az xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələrin gələcək inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunub. 

Fuad Oktay Azərbaycan hökumətinin nümayəndələrini fevral ayında Türkiyəyə səfərə dəvət edib. 

Qeyd edilib ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq. 

Görüşün sonunda Baş nazir Əli Əsədov Fuad Oktayı doğum günü münasibətilə təbrik edib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər