Baş nazir Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı qərar verdi

Sosial

19 İyun 2021 12:55 1055


Füzuli, Laçın və Zəngilanda aeroport tikintisi üçün idxal edilən mallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Yenisabah.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bu barədə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə əsasən “Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilir. Müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir. pizza

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!