Baş nazirdən aeroportdakı bəzi haqlarla bağlı qərar:   Bu şəxslər 40 manat ödəməli olacaq

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirdən aeroportdakı bəzi haqlarla bağlı qərar: Bu şəxslər 40 manat ödəməli olacaq

Sosial

23 Dekabr 2021 19:26 7654


Azərbaycanda hava limanlarında sərnişinlər üçün VİP xidmətlər üzrə haqlar müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın 3.10-cu bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarının 1 və 2 nömrəli əlavələri ilə təsdiq edilmiş siyahılara daxil olmayan sərnişinlərə, xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarında göstərilən xidmətlər üzrə xidmət haqları hər bir sərnişin üçün aşağıdakı məbləğlərdə müəyyən edilir. pizza mizza

Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə - 40 (qırx) manat;

Azərbaycanın digər hava limanları üzrə - 20 (iyirmi) manat.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!