Baş prokuror Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Baş prokuror Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin etdi

Sosial

21 Dekabr 2021 10:53 580


Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Mahir Bayramov Kəlbəcər hərbi prokuroru, Elşən Mürsəlov isə Qubadlı hərbi prokuroru təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, informasiya Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!